Kinomuzun Təhminəsindən yeni etiraf: “Dedim ki...“

Kinomuzun Təhminəsindən yeni etiraf: “Dedim ki...“

“Təhminə” filminin ulduzu Meral Konrat illər sonra yeni etiraflar edib.

 "AzerTaym.az" Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Gündən günə” verilişində danışıb.

Sənətçi söyləyib ki, filmi əvvəlcə başqa aktyorla çəkiblər:

“Adel adlı rus aktyorla filmi yarıya qədər çəkdik. Mən isə Fəxrəddinlə (Xalq artisti Fəxrəddin Manafov - red.) bu layihədən əvvəl tanış olmuşdum. Film çəkilirdi, mən Türkiyəyə gedib-gəlirdim.

Sonra Rasim Ocaqov mənə zəng etdi, dedi ki, filmə baxdım, çox pisdir, bəyənmədim. Mən də qorxdum ki, pis olan nədir? Dedi ki, kişi aktyoru bəyənmədim, filmi yandıracağam. Onda həmin filmi çəkmək çox çətin idi. Çox böyük pullar xərclənirdi. Sonra söylədi ki, yenidən çəkəcəyəm, əsas siz razı olun. Dedim, əlbəttə, lakin kim rol alacaq? Söylədi ki, Fəxrəddin.

Onda dərhal “tamam” dedim. O zaman filmi başdan çəkək, mən varam. Ardınca çəkilişə başladıq, Fəxrəddin oynadı. Fəxrəddini çox sevirəm. Həmişə ürəyimdədir, o da məndə gizli qalsın”. 






Fikirlər