Çelik Bakıda bayram çıxışına hazırlaşır

 

Çelik Bakıda bayram çıxışına hazırlaşır



Türkiyəli müğənni Çelik Bakıda növbəti çıxışına hazırlaşır. 

Gecce.az xəbər verir ki, sənətçinin konserti dekabrın son günlərinə təsadüf edəcək. Uzun fasilədən sonra Çelik azərbaycanlı tamaşaçılarına bayram əhval-ruhiyyəli konsertini təqdim edəcək. Onunla birlikdə səhnəni əməkdar artistlər Ruhəngiz Allahverdiyeva və Ədalət Şükürov paylaşacaqlar.

Qeyd edək ki, konserti Nahid Emiloğlu təşkil edib. Hər üç sənətçi əyləncə məkanlarının birində çıxış edəcək.(Azərtaym.az)

 






Fikirlər