"Bu sevgi məni günü-gündən gəncləşdirir"

Bu gün müğənni Elnarə Xəlilova 35 yaşını qeyd edir.

Milli.Az-ın məlumatına görə, "Space" telekanalında bu münasibətlə sənətçinin ad gününə həsr edilən veriliş çəkilib.

Verilişdə xanım müğənninin sənət dostları xalq artistləri Gülyaz və Gülyanaq Məmmədov bacıları, Aygün Bayramova, Zabit Nəbizadə, Fidan Hacıyeva, Ağadadaş Ağayev, Məleyke Əsədova, Aftandil İsrafilov, əməkdar artist Lalə Məmmədova, müğənnilərSamiraXuraman Şuşalı, Xatun, Ayaz Qasımov, İlhamə Qasımova, İlqar Xəyal, Nadir Qafarzadə, Cavid Hüseyn, rəqqaslar Etibar Məmmədov və İlham Kərimli, meyxanaçı Vüqariştirak ediblər. Onlar Elnarə haqqında xoş fikirlərini bildiriblər.

Təəssüratlarını bölüşən ifaçı bildirib ki, ad gününü ailəsi və yaxın dostları ilə qeyd edəcək:

"Özümü çox xoşbəxt hiss edirəm. Mənim var-dövlətim doğmalarım və dostlarımın sevgisidir. Bu sevgi məni günü-gündən gəncləşdirir. Ən böyük arzum balalarımın xoş gününü və bütün körpələri xoşbəxt, Vətənimizi bütov görmək, müharibəsiz yaşamaqdır. Mənim üçün xüsusi olaraq modelyer Leyla Əhmədova ağ libas hazırlayıb. Təşəkkür edirəm".






Fikirlər