Flora Kərimovadan ETİRAF: "Öpüş qəsdən olub, biabrçılıq idi" - VİDEO

Xalq artisti Flora Kərimova Kanal S-də yayımlanan "Xeyirli axşamlar" verilişinin qonağı olub.

Bir müddət öncə həmkarı, Xalq artisti Niyaməddin Musayevlə canlı efirdə dodaq-dodağa gəlməsi ilə gündəmə gələn sənətkar xanım məsələyə aydınlıq gətirib.

Sözügedən videoya dəfələrlə baxdığını deyən müğənni maraqlı etirafı ilə diqqət çəkib:

"Belə şeylər təsadüfən olmur. Dəfələrlə baxmışam, həqiqətən də kişi ilə dodaq-dodağa gəlmişik (gülür). Biabrçılıq idi. O ərəfədə kim zəng edirdisə, hamıya hesabat verirdim. Belə fikrim olmamışdı"./Milli.Az

 






Fikirlər