Kamilənin toyu bu tarixdə olacaq
Muğam ifaçısı Kamilə Nəbiyeva prodüser Pərvin Fətəliyevlə ailə qurur. Axşam.az-ın məlumatına görə, cütlük iki gün toy edəcək. Belə ki, onların birinci toyu oktyabrın 1-də İsmayıllıda olacaq. Cütlük növbəti toyu isə Bakıda edəcək. Oktyabrın 7-də olacaq məclisə ifaçı və prodüser sənət dostlarını dəvət edib. Qeyd edək ki, bir neçə gün əvvəl cütlüyün nikahı və xına mərasimi baş tutub.