XALQ artisti MÜŞFİQə "qıjı" deyən yazara ƏSƏBLƏŞDİ...
Xalq artisti Müşfiqə "qıjı" deyən yazara əsəbləşdi
Mikayıl Müşfiqin təhqir olunması cəmiyyətdə böyük narazılıq doğurub.
Gənc yazar Elşad Baratın Mikayıl Müşfiqi "qıjı düşüncəli adam" adlandırması söz sahiblərini hövsələdən çıxarıb. Hətta xalq artistləri belə, ona təhqirlə cavab verib.
Tanınmış şəxslərin mövzu ilə bağlı fikirlərini təqdim edirik :
Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa:
"Əvvəla, dahi şairin adını düzgün yazın. "Müşviq" yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın. Bu məsələyə münasibətim birmənalı pisdir. Müşfiqin heç qəbrinin yeri də məlum deyil. Amma o, öz şeirləri ilə ürəklərdə yuva qurub. Elə onun məzarı da ürəklərdədir. Bizim bəzi gənclər tarixə bu günün gözü ilə baxdıqlarına görə səhvə yol verirlər. Tarixə və yaxud tarixi hadisələrə konkret tarixi kontekstdə yanaşmaq lazımdır. Əgər söhbət ədəbi əsərdən gedirsə, ona da yarandığı tarixi şəraitin baxış bucağından yanaşmaq lazımdır. Fikrimi konkretləşdirmək üçün bir misal çəkim. Bizim dilimizdə ilk poetik nümunə kimi Həsənoğlunun bizə gəlib çatmış bir şeiri götürülür. Əlbəttə, o şeirdə müasir ədəbi-poetik tələblərə cavab verməyən çox şey tapmaq olar. Amma bu, o demək deyil ki, biz Həsənoğlunu və onun bizə gəlib çatan şeirini ələ salmalı, şəbədə qoşmalı, lağlağı etməliyik. Əksinə, həmin şeiri öpüb gözümüzün üstünə qoymalı, onu təhqir edənlərə təpki göstərməliyik. Eləcə də bütün klassiklərimizə böyük sayğı və hörmətlə yanaşmalıyıq. Qonşu Gürcüstanra repressiyaya məruz qalmış Nikolo Misişvili, eləcə də Ermənistanda həmin taleni yaşamış Yeğişe Çarens adlı şair var. Onların heç birinin yaradıcılığı Müşfiqdən zəngin deyil. Amma xatirələri öz ölkələrində çox əziz tutulur. Müşfiq nə qədər ömür sürüb ki? Cəmi 28 il. İndi bu yaşda olanların çoxu əlinə təzə qələm alır. Gənclərin iddialı olmasına pis baxmıram. Amma bu iddianın arxasında bir yaradıcılıq da olmalıdır. Və bu iddia heç də kiminsə, hansı klassikinsə təhqir olunması hesabına "reallaşmamalıdır". Yaradıcılıq Sizif əməyidir. Fəqət təəssüf ki, gənclərin bir çoxu, hətta, onların arasında istedadlılar da var, əsər yazmaq əvəzinə Herostrat kimi kitabxanadakı əsərləri yandırıb məşhur olmaq istəyirlər".
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru  Ramiz Məlik: "Onu deyən özü binamus, bişərəf, ünsürün biridir. Bu gənc yazarlar nə düşüblər dahilərimizin üstünə? Özləri bir şey ortaya qoya bilmirlər, bununla gündəmdə olmaq İstəyirlər". /aznews
Fikirlər
Şərh müəllifi: SonjaKeR                 Tarix: 26 mart 2018 00:41                 [ Cavabla ]
best grow room temperature cannabis electric trimming scissors cannabis
pure thc cannabis oil for sale top cannabis stocks for 2016
best cannabis stocks canada list of cannabis biotech stocks
cannabis growers in southern california <a href="http://www.braingamesnyc.com/games/profile/2938890/vonnsk4596"&g
t;cannabis stocks to watch 2016
Şərh müəllifi: Agustinbup                 Tarix: 28 mart 2018 17:21                 [ Cavabla ]
viagra prices cvs for express scripts viagra generic availability date
generic viagra available date walmart cost of generic viagra
viagra generic name mycoxafloppin viagra prices at walmart
Şərh müəllifi: IktrdrgeVen                 Tarix: 1 may 2018 21:50                 [ Cavabla ]
chineseteacrafts.com
generic cialis at the pharmacy cialis uk next day cialis therapie dose size of cialis cialis uk next day tarif cialis france Buy Cialis Without Prescription
Şərh müəllifi: RobertSoils                 Tarix: 8 oktyabr 2018 02:19                 [ Cavabla ]
первый новый год поздравление идеи сладких подарков на новый год
поздравления с новым годом медведь подарки новый год работникам
Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi