SOSİAL ŞƏBƏKƏNİN QICIQ DOĞURANLARI: Böyükçöldən Əzizoğluya qədər...

Sosial şəbəkənin qıcıq doğuranları: Böyükçöldən Əzizoğluya qədər...

Sosial şəbəkədən bir çoxları tanınmaq, məşhurlaşmaq, iş tapmaq və hətta evlənmək üçün də istifadə edirlər.

Məsələn, Azərbaycanda Damla, Talıb Tale kimi müğənnilər Yutub vasitəsilə məşhurlaşıblar.

Tanıdığım şəxslər arasında Feysbukda tanış olub, evlənən cütlüklər də var. Elə mən də yazdığım statusa görə iş tapmışam.

Bir sözlə sosial şəbəkələr insanın virtual üzüdür. Burada hətta insanın neçə üzünün olduğunu görə bilirik.

Amma bəziləri səmərəli, faydalı işlə məşğul olmaq əvəzinə, lap şitini çıxarıblar. Düzdü, burada bütün günü ciddi olmalısan, ciddiyyətini qorumalısan deyə bir tələb, qanun da yoxdur. Amma bəzən vəziyyət elə həddə çatır ki, adam sosial şəbədəkən istifadə etməyə peşiman olur.

Bu yazıda sosial şəbəkələrdə "qıcıq" doğuran şəxslərdən bəhs edəcəyəm. Məsələn, Hüseyn Əzizoğlu… Bu cavan əvvəllər daha çox türklər demiş, "sempati" qazananlardan olub. Əvvəllər çəkdiyi vaynlar insanların üzündə az-çox təbəssüm yaradırdı. Sonra nə baş verdisə, Hüseynin sosial yox, şəxsi profili tamamı ilə dəyişdi. Sanki dəniz kənarında gəzərkən dalğaların sahilə vurub çıxartdığı butulkanın içindən çıxan cin onun arzularını reallaşdırdı. Və bundan sonra da Əzizoğlu vaynfason reklamlar çəkməyə başladı. Bunlar da qurşaqaltı düşüncələrin məhsulu olduğu üçün, bir vaxtlar çoxları tərəfindən sevilən Hüseyn Əzizoğlu indi əksəriyyət tərəfindən xoş qarşılanmadı.

Səbuhi Xanlarov da qıcıq doğuran şəxslər siyahısında liderliyini qoruyur. Gündəmə onu-bunu ələ salmaqla, lağa qoymaqla gələn Xanlarov hətta qısa bir zamanda televiziya məkanına qədər irəlilədi. Bir də ayıldıq ki, azyaşlılar, yaşlı nəslin nümayəndələri televiya qarşısında əyləşib, Xanlarovun mənasız zarafatlarına dinləyirlər. Təbii ki, günah təkcə Səbuhinin özündə yox, həm də televiziya rəhbərlərindədir. Axı bir vaxtlar Yaşar Nurini, Siyavuş Aslanın qonaq olduğu studiyalarda Səbuhinin nə işi vardı?!

İndi isə gələk, özünü yazar adlandıran Kəramət Böyükçölə… Bu şəxs dəfələrlə gündəmə gəlməyin tək çıxış yolunu, Azərbaycanın dahi şəxsiyyətlərini təhqir etməkdə görüb. Bir müddət əvvəl Xəlil Rza Ulutürkü lağa qoyan Böyükçöl, son olaraq Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı qalmaqallı paylaşım edib. Halbuki, özü vaxtı ilə dediyi heç bir mənası olmayan şeirə görə Elgiz Əkbərin verilişindən qovulub. Onun düşüncəsini Marian çökəkliyi ilə müqayisə etsək, ikincinin aliliyi Klimancaro zirvəsinə bərabərdir. Başqaları zirvə, dağ olduğu halda Kəramət isə sadəcə, böyük çöldür…

yeniçağ.az






Fikirlər