10.04.2014. - Kevin Kostnerin pərəstişkarlarına yeni film təqdim olunur

10.04.2014. -  Kevin Kostnerin pərəstişkarlarına yeni film təqdim olunurNizami Kino Mərkəzi aprelin 10 -dan etibarən Lyuk Bessonun ssenarisi əsasında rejissor Mak Cinin ekranlaşdırdığı “Tri dnya na ubiystvo”(“Cinayət üçün 3 gün”) və Nil Bergerin “Divergent” filmlərinin nümayişinə başlayacaq.

Triller, dram, kriminal, döyüş janrında çəkilmiş “Cinayət üçün 3 gün” filmində baş rolu məhşur amerika aktyoru, iki Oskar mükafatçısı Kevin Kostner ifa edib.

Film xüsusi xidmət agenti İtan Rannerin həyatından bəhs edir. Ağir xəstə olduğunu öyrənən Ranner işdən getmək qərarına gəlir. Amma rəhbərlik ona FBR-in məxfi laboratoriyasında alimlərin hazırladığı, ən ağır xəstəliklərdən xilas edə biləcək yeni preparatı təklif edirlər. Bunun müqabilində o, üç gün ərzində həyatı təhlükəsi olan bir tapşırığı yerinə yetirməlidir.

Film amerika və fransa kinematoqrafçılarının müştərək işidir.

Növbəti fantastika, macəra və döyüş janrında çəkilmiş “Divergent” filmi də amerika istehsalıdır.

Hadisələr gələcəkdə Çikaqoda cərəyan edir. On altı yaşına çatmış bütün yeniyetmələr, müəyyən xüsusiyyətləri rəhbər tutmuş beş fraksiyadan birini seçib ömürlük ona qoşulmalıdılar.

Filmdəki rollara Şeylin Vudli, Teo Ceyms, Eşli Cadd, Keyt Uinslet və başqaları çəkiliblər.
Kino həvəskarları filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərlər.
(https://www.facebook.com/NizamiCinema?rf=hl)






Fikirlər