29.01.2014. - S.Müslümov yevlaxlı məmuru işdən qovdu!

29.01.2014. -  S.Müslümov yevlaxlı məmuru işdən qovdu! Hadisədən sonra Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmov işdən azad edilib.

Mərkəzin direktor əvəzi Natiq Məmmədovun sözlərinə görə, Nizami Kərimov sosial təminatı kəsildikdən sonra ilk dəfə bu il yanvarın 24-də gəlib və qısa söhbətdən sonra özünü yandırıb.
Baş verən olaydan sonra isə ƏƏSMN rəhbəri Səlim Müslümov tərəfindən vəzifəsindən azad edilən mərkəzin sabiq direktoru Rövşən Məhərrəmov isə ANS-ə telefonla verdiyi müsahibədə ittihamlarla razılaşmadığını bildirib.
Rövşən Məhərrəmov bəyan edir ki, Nizami Kərimovun müavinətinin dayandırılması özünün səhlənkarlığı üzündən baş verib. Çünki sentyabr ayından bəri müavinət almayan Nizami Kərimov bu işin üstünə düşməyib və lazımi sənədləri toplamayıb.
Ünvanlı sosial yardım ala bilmədiyindən özünü yandıran Yevlax sakini 44 yaşlı Nizami Kərimovun aldığı yanıq xəsarətləri ağır olduğundan Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
Həyatına qəsd etməyə cəhd edən Nizami Kərimov heç bir yerdə işləmədiyini və sosial təminat ala bilmədiyinə görə belə bir addim atdığını dedi.
Hadisə ilə bağlı Yevlax rayon ƏSMM-dən Nizami Kərimovun 2 dəfə ünvanlı sosial yardım aldığını və bu yardımın ötən ilin sentyabr ayında dayandırıldığını bildirdilər.
Xatırladaq ki, Nizami Kərimov anadangəlmə II qrup əlildir. Ailə vəziyyətinə gəlincə isə 20 il əvvəl ailə quran əlil təqribən 10 kvadradmetrlik otaqdan, mətbəx və balaca eyvandan ibarət olan evdə yaşayır. Ailə üzvlərinin sözlərinə görə, mülkiyyətində olan avtomobil də istifadəyə yararsız vəziyyətdədir.






Fikirlər