27.01.2014. - Daha bir əlil özünü yandırdı!

27.01.2014. -  Daha bir əlil özünü yandırdı! Yevlax rayonunda özünü yandırmaqla intihara cəhd olub. Bu xəbər sosial şəbəkələrdə yayılıb.
Belə ki,Yevlax şəhər sakini Nizami Kərimov Dövlət Sosial Müdafiə Fondunun Yevlax şöbəsinin qarşısında özünü yandırıb.


N.Kərimov hazırda Yevlax şəhər xəstəxanasındadır.

Səhiyyə Nazirliynin mətbuat xidmətinin rəhbəri Anar Qədrili virtualaz.org-a açıqlamasında bildirib ki, özünü yandıran əlil hazırda Yevlax şəhər xəstəxanasındadır. A.Qədirlinin sözlərinə görə, N.Kərimov hazırda reanimasiyadadır və vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Kərimovun sosial yardım almaq üçün Sosial Müdafiə Fondunun Yevlax şöbəsinə müraciət etsə də yardım pulunu ala bilmədiyindən özünü yandırdığı bildirilir. Onun 3 uşağı var. Qardaşı Kərimov Faxrəddin Yusif öğlu Qarabagda şəhid olub.

Yada salaq ki, sosial problemlərlə üzləşən əlillərin bu cür intihara əl atması ilk belə hadisə deyil. Bhir ay qabaq II qrup Qarabağ əlili Zaur Həsənov özünü yandırmış, üç gün sonra vəfat etmişdi
“Əlilin özünü yandırması dövlət strukturlarının vəziyyətin nə yerdə olmasından hələ də xəbərsiz olduqlarının və əlillərlə bağlı ciddi işlər görmədiklərini göstərir”.

Bunu bu gün I qrup əlil Nizami Kərimovun özünü yandırmasına münasibət bildirərkən “Qarabağ qaziləri” İctimai Birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib.

R.Kərimoğlu virtualaz.org-a açıqlamasında bildirdi ki, ötən il dekabrın 25-də özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun ölümündən sonra bəzi dövlət strukturlarının fəaliyyətində müsbət istiqamətdə dəyişiklik var: “Amma bu diqqət də yetərli deyil”.

Son bir ay ərzində Qarabağ qazilərinin problemləri ilə bağlı xeyli sayda şikayətlər aldıqlarını deyən R.Kərimoğlu ictimai birlik olaraq bu yükün altından qalxa bilmədiklərini və dövlət strukturlarının - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin bu işə dəstək olmalırının vacib olduğunu söylədi.

R.Kərimoğlu N.Kərimovun özünü yandırması həddinə gətirilib çatdırılmasının dövlət idarələrinin əlillərlə, Qarabağ qaziləri ilə işləməsində, onlara diqqət göstərməsində ciddi problemlərin olduğunu vurğuladı.

“Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşdüyünü, onların təkliflərini dinlədiyini deyir. Açıqlasınlar görək, kiminlə görüşüblər, kimin şikayətlərini dinləyiblər”- deyə R.Kərimoğlu öz narazılığını dilə gətirdi. .






Fikirlər