Səlim Müslümov vədinə əməl etdi - Siyahı

Səlim Müslümov vədinə əməl etdi - Siyahı
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi daha bir neçə tədbirlər ictimailəşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə mənzil alanların və növbədə duranların SİYAHISI açıqlanıb.

Bundan başqa, nazirlik tərəfindən həm də avtomobil alanların və növbədə duranların SİYAHISI da açıqlanıb.

Beləliklə də artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı şəxsin adının olub-olmadığını görə biləcək.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda saxta yollarla əlillik statusuna sahiblənib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə ev, maşın, ünvanlı sosial yardım alanlar az deyil.

Qeyd edək ki, bundan öncə Səlim Müslümovun göstərişi ilə ünvanlı dövlət sosial yardımı alanların da siyahısı ictimailəşdirilmişdi.

Bu addımları ilə yeni nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan sonra daha şəffaf işləyəcəyini nümayiş etdirib
- See more at: http://axar.az//news/3715#sthash.yBD93XeL.dpuf






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi