“Qulp” artıq keçilmiş bir yoldur”- Mübariz ƏSGƏROV

Картинки по запросу MÜBARİZ ƏSGƏROV QULP VERLİŞİ

Əlimin altında hazır televiziya layihələri çoxdu. Mövsüm sentyabrdan başlayır. Hazırda telekanallarla danışıqlar gedir. Yəqin ki, yeni mövsümdən etibarən, bir neçə layihəm baş tutacaq. Hər halda, buna çalışıram. Tamaşaçılar da, siz də bunun şahidi olacaqsınız. Tamaşaçılar yeni televiziya layihələri görəcəklər”.

Bunu Modern.az saytına açıqlamasında tanınmış telejurnalist Mübariz Əsgərov bildirib. Bir zamanların məşhur “Qulp” proqramının müəllif və aparıcısı olan M.Əsgərov hazırda “Xəzər” telekanalında “Rezonans”  verilişini tamaşaçılara təqdim edir. Lakin “Qulp” proqramı Azərbaycan efir məkanında tamam fərqi format olduğundan bu gün də həm verilişin özü, həm də onun məşhur qəhrəmanları tamaşaçılar tərəfindən xatırlanır. 
M.Əsgərov yeni layihələrində həmin qəhrəmanların bəzilərindən istifadə edib-etməyəcəyinə də aydınlıq gətirib. Həmçinin, “Qulp”un gələcək taleyinə də toxunub:

“Qulp” artıq keçilmiş bir yoldu. Baxmayaraq ki, onun bərpasını istəyən tamaşaçılar çoxdu. Bunun da zamana ehtiyacı var. Hazırda əlimdə tamam başqa layihələr var, sırf vətənpərvərlik, maarifləndiricidir. O qəhrəmanlardan kimlərdən istifadə etmək olar ya olmaz, bunu hələ bilmirəm. Amma deyim ki, orijinal layihələrdir. Hər halda, daha fərqli layihələr haqqında 

fikirləşirəm”.






Fikirlər