Üç ayda 13 min 305 nikah və 3 min 611 BOŞANMA…

Cari ilin yanvar-mart aylarında ölkədə 15 min 860 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6 təşkil edib.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə ,2017-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13 min 305 nikah və 3 min 611 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 635 nəfər gələn və 301 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 334 nəfər təşkil edib






Fikirlər