Məşhur iş adamı toyuqlarına AD GÜNÜ keçirdi - FOTO

Məşhur iş adamı toyuqlarına AD GÜNÜ keçirdi - FOTO

Türkiyənin Ədirnə bölgəsində yaşayan iş adamı Mustafa Altunhan sosial medianı bir-birinə qatıb.

Publika.az xəbər verir ki, Mustafa Altunhan təsərrüfatında saxladığı toyuqlarına ad günü keçirib. Toyuqlarının doğum gününə tort alan iş adamı onlarla birlikdə çəkdirdiyi şəkilləri sosial hesabında paylaşıb. Fotolar geniş müzakirələrə səbəb olub.

Toyuqların qarşısında maraqlı çıxış edən Mustafa Altunhanın sözləri izləyiciləri əsəbiləşdirib: "Doğum gününüz mübarək olsun, siz hamınız bir gündə dünyaya gəldiniz. Yəqin ki, toyuqlarının ad gününü təbrik edən ilk adamam. Siz olmasanız kim gözəl yumurta verər mənə? Siz yaxşı yeyin ki, gözəl yumurtalar verin. Birlikdə neçə belə gözəl yaşlara".






Fikirlər