İlkin Misgərliyə maşın hədiyyə etdilər - FOTO

"Maşın şou"nun iştirakçısı olmuş aktyor İlkin Misgərliyə maşın hədiyyə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı fitnes məşqçisi Kamil Zeynallı öz İnstaqram səhifəsində paylaşıb: "İlkin maşın əldən getdi, amma maşın özü sənə gəldi. Sağlıqla sür inşallah, qardaş."

Kamil Zeynallı maşını Talıb Talenin udduğunu da qeyd edib.

Xatırladaq ki, İlkin Misgərli "Maşın"şouda Talıb Tale ilə dueldən məğlub ayrılaraq yarışmanı tərk etdikdən sonra gözünün telefonda olduğunu və kiminsə ona maşın hədiyyə etməyini gözlədiyini bildirmişdi.

 

 






Fikirlər