Emin Ağalarov “Maşın” şouda- Foto

Məşhur ifaçı-bəstəkar Emin Ağalarov ötən gün “Möhtəşəm maşın” realiti-şousuna qatılıb.

Azertaym.az Axşam.az-a istinadən xəbər verir ki, ifası ilə gecəni rəngləndirən E.Ağalarov daha sonra Murad Dadaşova sürpriz edib.

İfaçı bu gün doğum gününü keçirən şomen üçün ad günün mahnısını oxuyub və onu təbrik edib. Murad Dadaşov isə öz növbəsində E. Ağalarova təşəkkür edərək hər kəsi müğənninin sabah “Buta Palace”da verəcəyi konsertə getməyə çağırıb. Xatırladaq ki, ifaçı-bəstəkar bu gün imza günü keçirib, sabah isə sevənlərini konsert proqramı ilə bir araya toplayacaq.


Emin Ağalarov “Maşın” şouda- Foto






Fikirlər