Dicey Çina onu “Maşın”dan uzaqlaşdırdı

Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun beşinci yarış günü sürpriz anlarla yadda qalıb.
Dicey Çina onu “Maşın”dan uzaqlaşdırdı
Azertaym.az xəbər verir ki, ötən gün Bakıda premyerasını keçirdiyi “Su və atəş” filminə görə Azərbaycana gələn Özcan Dəniz də şouya qatılıb. Murad Dadaşov filmin böyük səs-küy doğuracağını söyləyib. Özcan Dəniz isə öz növbəsində təşəkkür edərək iştirakçılara uğurlar arzulayıb.
Veriliş ərzində 6 iştirakçı dicey Çinanın yarışmadan uzaqlaşdırılmasını istəyib. Dicey Çina isə qalib gələrsə, hansı iştirakçını çıxaracağını oyunun sonunadək gizli saxlayıb. Verilişə qonaq qismində qatılan prodüser Tolik Çinanı açıq oynamamaqda ittiham edib.

Tamaşaçıların səsverməsi nəticəsində dicey 56.93 faizlə qalib olub və mübarizəni davam etdirmək şansı qazanıb. Hər kəs Çinanın stilist Anar Ağakişiyevi çıxaracağını gözləsə də, onun seçimi aktyor Tərlan Nuryaşar olub.

Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, Roza Zərgərli, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, repçi Elxan Zeynallı (Qaraqan) , aparıcı Mirsalam Mirsalamov, Günel Hümbətova, Aydan Axundova, stilist Anar Ağakişiyev, meyxanaçı İntiqam Rüstəmov və dicey Çina maşın uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, veriliş hər gün saat 23:00-da ATV telekanalında yayımlanır.






Fikirlər