Səhhətindəki problemlərdən dolayı “Space”dən çıxan məşhur aparıcı ATV-də - FOTO

Səhhətindəki problemlərdən dolayı “Space”dən çıxan məşhur aparıcı ATV-də - FOTO

Səhhətindəki problemlərdən dolayı “Space” TV ilə yollarını ayıran əməkdar artist Əkbər Əlizadə ATV kanalında işə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə aparıcının özü instaqramda məlumat yayıb. O, bildirib ki, “ATV səhər” verilişini Lalə Azərtaşla birgə aparacaq. Əkbər Əlizadə həmkarı Lalə Azərtaşla fotosunu instaqramda paylaşıb. O, yeni kanaldakı fəaliyyətə başlaması ilə əlaqədar olaraq bunları yazıb:

Yaxşı istirahət edib, dincəlib, yorğunluğumu çıxardıqdan sonra bu gün baxılan kanalda Atv səhər də görüşünüzə gəldim”.

Qeyd edək ki, Ə. Əlizadə 9 ildir ki, “Hər səhər” verilişini aparıb. O, “Space”dən ayrılma səbəbi kimi səhhətində problem olduğunu göstərmişdi:

"Yorğunam, bir balaca sağlamlığımda da problem var. Anons, reklam deyil, həqiqətən də gedirəm".






Fikirlər