Nailə İslamzadə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

 Nailə Ä°slamzadə hər kəsi TƏƏCCÜBLƏNDÄ°RDÄ° - VÄ°DEO

Tanınmış aparıcı Nailə İslamzadə sosial şəbəkədə yeni bacarığını nümayiş etdirib.

Publika.az xəbər verir ki, 57 yaşlı Əməkdar artist pianoda ifasını instaqram hesabında paylaşıb. Musiqinin terapiya gücünə inandığını deyən aparıcı duyğularını belə ifa edib:

Deyirlər 50 yaşdan sonra hər hansı alətdə çalmağı öyrənmək olmur, amma düşünürəm ki, əksinə, yaşa dolduqdan sonra çalmaq lazımdı, notlara dalarkən hər şeyi unudursan, stress atmaq üçün əla vasitədir, həm də yaşlı insan çalarsa, altsheymer xəstəliyinə tutulmaz”.

Daha sonra Nailə İslamzadə “Guardian” qəzetinin baş redaktoru Alan Rasbricenin bir müddət əvvəl çıxardığı "Yenidən oynayın: qeyri-mümkünlə döyüşdə həvəskar" adlı kitabını oxumağı məsləhət görüb. O, bildirib ki, bu kitabda redaktorun 56 yaşında bir il ərzində Şopenin 1 nömrəli Balladını necə öyrənməyə çalışdığı təsvir edilib.






Fikirlər