Əminə Ərdoğan Zelenskinin həyat yoldaşına həmrəylik mesajı göndərdi - VİDEO

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Ukrayna lideri Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenskiyə videomesaj göndərib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, videomesajda Ə.Ərdoğan Ukraynada baş verən hadisələrə görə kədərləndiyini ifadə edib.

Türkiyənin birinci xanımı bildirib ki, beynəlxalq ictimaiyyətin Ukrayna üçün nümayiş etdirdiyi nümunəvi həmrəylik dilindən, dinindən və irqindən asılı olmayaraq bütün məzlum xalqlara şamil edilməlidir.

Ə.Ərdoğan Ukraynaya sülh və əminamanlıq arzulayıb.

AzerTaym.az musavat.com olaraq sözügedən videomesajı təqdim edir:






Fikirlər