Cennifer LOPEZİN 13 hamamlı sarayı – FOTOLAR

46 yaşlı ulduz Cennifer Lopez Los Ancelesdəki malikanəsini satmağa qərar verib.

 AzerTaym.az xəbər verir ki, evini 12.5 milyon dollar satışa çıxaran müğənni əldə edəcəyi pulla yeni mülk almaq fikrindədir.

Cey Lonun 2010-cu ildə 8 milyon dollar aldığı bu malikanədə 9 yataq otağı, 13 hamam, rəqs studiyası, masaj otağı, 20 nəfərlik kino zalı, dayə üçün yataq otağı, mətbəx və hamam, həmçinin böyük bar mövcuddur. Malikanənin qarajı da olduqca böyükdür. 8 avtomobilin yerləşəcəyi üstüqapalı qarajla yanaşı, çöldə 20 maşın park ediləcək xüsusi yer də mövcuddur.

 

 

* Fotolar .

 






Fikirlər