Tarkan Cennifer Lopezi unutdurdu

bitmap-img6Son dövrlərdə evlənəcəyi ilə bağlı xəbərlərlə gündəmə gələn Tarkan bu dəfə konsert xərcləri ilə manşetləri bəzəyib
 Azərtaym.az Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl Türkmənistanın paytaxtı Aşqabadda konsert verən Tarkanın aldığı məbləğ çoxlarını təəccübləndirib. Meqastar bir konsertdən 1 milyon dollar alaraq iki il əvvəl dünya ulduzu Cennifer Lopezin eyni şəhərdəki konsertindən aldığı pulu unutdurub.
 
O vaxt Cey Lonun prezident Qurbanquli Berdimuhammedovun ad günündəki 1 milyon dollarlıq çıxışı dünya mediasının gündəmini zəbt etmişdi.
Tarkan eyni zamanda Yeni il gecəsi alacağı pulla da müzakirə olunur. O, hər il olduğu kimi bayram çıxışında ən çox pul alan müğənni olacaq - 1 milyon 200 min lirə (təxminən 600 min manat).
Meqastarın Türkmənistandakı konsertində barmağında üzük olmaması diqqətlərdən qaçmayıb.






Fikirlər