Tarkanın Azərbaycandakı konsertində rekord qiymətə bilet satılıb

Tarkanın Azərbaycandakı konsertində rekord qiymətə bilet satılıbTürkiyənin tanınmış pop ulduzu Tarkanın Azərbaycanın Quba şəhərində verdiyi konsertin biletlərinin 7 min manata yaxın (20 min türk lirəsi) dəyərə satıldığı iddia edilir.Azertaym.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Qubadakı “Rixos” oteldə ilbaşı proqramı çərçivəsində Azərbaycandakı heyranları ilə bir araya gələn Tarkan gecədə 20 mahnı səsləndirib.
Perfomansı ilə heyranlarını coşduran ünlü musiqiçi 6 TİR dolu avadanlıqlardan istifadə etdiyi konsertdə səs və işıq şousu ilə də izləyiciləri təəccübləndirib. Məlumatda qeyd edilir ki, ən ucuz biletin qiyməti 350 manat (970 türk lirəsi) olduğu konsertdə 7 min manata da bilet satılıb.

Tarkanın Azərbaycandakı konsertində rekord qiymətə bilet satılıb
Tarkanın Azərbaycandakı konsertində rekord qiymətə bilet satılıb
Tarkanın Azərbaycandakı konsertində rekord qiymətə bilet satılıb






Fikirlər