Canlı efirdə dava düşdü - Nazim əsəbiləşdi + VİDEO
ARB TV-nin "Səhər-Səhər" verilişində qalmaqal yaşanıb. “AzerTaym.az” xəbər verir ki, verilişin qonağı olan faytonçu Nazim və jurnalist Tahirə arasında mübahisə düşüb. Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə bir anda qonaqlar arasında gərginlik artıb. Nazim onu əməliyyat edən həkimi ittiham edib. Ancaq jurnalist Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nəticədə Nazim əsəbiləşib. Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb. Nazim Pişyari: " Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat oldum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda başa düşərsən".