18.03.2014. - Şamaxıda torpaq sürüşməsi: ölənlər var

18.03.2014. -  Şamaxıda torpaq sürüşməsi: ölənlər varÖtən gün saat 19 radələrində Şamaxıda baş verən torpaq sürüşməsi zamanı 2 fəhlə ölüb.

ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə “Pirdəki” adlandırılan ərazidə “Bakı TTŞ İnşaat” MMC-nin fəhlələri Aydın Şirəliyev və Müslüm Söhbətov su-kanalizasiya sistemini quraşdırarkən baş verib. Nəticədə adıçəkilən fəhlələr torpağın altında qalıblar.

Xilasedicilər A.Şirəliyevin və M.Söhbətovun meyitləri torpağın altından çıxarılıb.

Faktla bağlı araşdırma aparılır
.






Fikirlər