Heydər Əliyev onu PKK-nı yaratmaqda ittiham edən Əbülfəz Elçibəyi bağışlayıb?

Son günlər millət vəkili Siyavuş Novruzovla Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu arasında yaşanan söz "duel"i Əbülfəz Elçibəyin təxminən 20 il bundan öncə Ədliyyə Nazirliyi tərəfindən konkret hansı səbəbdən məhkəməyə verilməsi məsələsini də aktuallaşdırıb. 

Moderator.az-ın mövzu ilə bağlı apardığı araşdırma nəticəsində bəlli olub ki, Ədliyyə Nazirliyinin Ə.Elçibəyi məhkəməyə verməsinə səbəb onun Heydər Əliyevi PKK-nı yaradan şəxs kimi ittiham etməsi olub. 
Belə ki, Ə.Elçibəyin məhz bu fikri onun Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsinə səbəb olub. Hansı ki, həmin məhkəmə prosesi Heydər Əliyevin barəsində səsləndirdiyi fikirlərə görə Ə.Elçibəyi bağışlaması səbəbi ilə dayandırılıb.

 

 






Fikirlər