11.09.2014- Assancdan Türkiyə ilə bağlı ŞOK açıqlama

11.09.2014- Assancdan Türkiyə ilə bağlı ŞOK açıqlama“Wikileaks”in yaradıcısı Culian Assanc yeni cib telefonu texnologiyası sayəsində inkişaf etmiş ölkələrin Türkiyə kimi ölkələri asanlıqla dinləyə biləcəyini söyləyib. O, İstanbulda keçirilən internet forumuna telekonfransla qoşularaq maraqlı açıqlamalar verib.
“Google”, “Facebook” kimi şirkətlər fəqrli məqsədlərlə qurulsa belə kəşfiyyatın ən vacib mənbəyi oldu. “New York Times” qəzetini köşə yazarı Tomas Fridman yazılarında “Azad bazarın gizli əli, gizli yumruğu olmadan heç bir işə yaramaz. Bu gün həmin gizli yumruq rolunu ABŞ-ın hava-dəniz qüvvələri və Silikon vadisi oynayır” fikrini qeyd edir.

Artıq Google xüsusui missiya üçün istifadə olunur. Dünyada hər gün 1,5 milyon Android cihazı satılır. Qərb kəşfiyyatının Çindən əldə edə bilmədiyi məlumatları Google, Android və YouTube vasitəsi ilə almaq mümkündür. Camaatı dinləmək üçün infrastruktur yaradılır, ABŞ və digər ölkələr bu infrastruktur vasitəsi ilə onları dinləyir. Bunun qarşısını almaq qeyri-mümkündür.

Kriptolu telefon və ya kripto cihazlarına müdaxilə ilə bağlı cəhdlərə etibar etmək düzgün deyil. Rüşvət, şantaj və təhdid yolu ilə onlari idarə edənlərdən məlumat almaq xüsusi xidmət orqanları üçün çox asandır. Bu səbəbdən özəl şirkətlərə deyil, hər kəsin nəzarətində olan açıq mənbə kodu olan əməliyyatlara etibar etmək lazımdır.


2 ildir Ekvadorun Londondakı səfirliyində sığınan Culian Assanc 6 saat videokonfransa qoşuldu. Assanc səfirliyin “çəhrayı otağı”nda Pamela Andersonla da söhbət etdi… Bu görüşü onların ortaq dostu məşhur ingilis moda ustası Vivyen Vestvud təşkil edib.

“Global Voices Online” söz azadlığı təşkilatının yaydığı hesabata görə, alman şirkətləri Türkiyə, Banqladeş və Rusiya kimi ölkələrə qeyri-qanuni müdaxilələr edib. Şübhəliləri izləməklə yanaşı, hüquq müdafiəçilərinə hücum etmək və ictimai nəzarəti həyata keçirmək üçün istifadə olunan FinFisher kimi proqramları sayəsində bir çox ölkənin Münhendən dinlənildiyi iddia edilir.






Fikirlər