10.01.2014 - Oqtay Əsədovun da telefonu yoxlanılacaq

10.01.2014  -   Oqtay Əsədovun da telefonu yoxlanılacaqSöhbət təhlükəsizlikdən gedirsə, qoyulan məhdudiyyət jurnalist, deputat, Milli Məclis işçiləri, nə sənət sahibi olursa olsun hər kəsə şamil ediləcək”.

AzerTaym.az xəbər verir ki,bunu mediyaya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu “telefon qalmaqalı”na növbəti dəfə münasibət bildirərkən deyib.

A.Təvəkküloğlu bildirib ki, android və smartfon tipli telefonların Milli Məclisə keçirilməsinə icazə verilməməsinə səbəb həmin telefonlarla çəkiləcək fotolar və videolar deyil: “Burada foto, video problemi yoxdur. Sadəcə, təhlükəsizlik baxımından smartfon tipli telefonları, qurğuları Milli Məclisdə istifadə etmək məqsədə uyğun deyil. Yenə təkrar edirəm ki, söhbət təhlükəsizlikdən gedirsə, burada jurnalist, deputat , Milli Məclis işçiləri, nə sənət sahibi olursa olsun, bunların hamısı kənarda qalmalıdır. Vətəndaşlıq mövqeyindən yanaşılmalıdır. Araşdırın, görün, Amerika, Rusiya parlamentində bu mövzuda vəziyyət necədir. Əslində, bu, mənim vətəndaşlıq mövqeyimdir ki, təhlükəsizliklə bağlı olan məsələni müzakirə etmək lazım deyil, o, icra olunmalıdır. Bu məsələni qətiyyən foto və video ilə əlaqələndirmək düzgün deyil. Foto və video sadə telefonlarda da var”.

A.Təvəkküloğlu deyib ki, qərar Milli Məclisə daxil olan hər kəsə, o cümlədən Milli Məclis işçilərinə də şamil olunacaq: “Burada qaranlıq qalan nədir ki? Məsələn mənim telefonum neçə illərdir ki, istifadə etdiyim sadə bir telefondur”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub.






Fikirlər