Dövlət qurumlarından birində avtomobillərin SAYI ARTIRILIB

Nazirlər Kabineti “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”ndə dəyişiklik edib.

"Report" xəbər verir ki, sənədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin avtomobillərinin sayı artırılıb. Belə ki, Xidmətin avtomobillərinin sayı 80-dən 82-yə, ərazi və yerli bölmələr üzrə isə 76-dan 78-ə çatdırılıb.

Bundan başqa, siyahıdan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin adı çıxarılıb.

Siyahıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti əlavə edilib. Qurumun avtomobillərinin sayı 2, o cümlədən aparata məxsus 2 avtomobili olacaq.






Fikirlər