Ermənilər ATƏT-in İrəvan ofisinn bağlanmasına qəzəb püskürdülər - "Azərbaycanın ƏLİ VAR"

"Bəs Ermənistan hakimiyyəti hara baxırdı?", -deyə soruşurlar

 Xəbər verdiyimiz kimi, ATƏT-in İrəvan ofisi bu yaxınlarda öz fəaliyyətini dayandıracaq. Bununla bağlı Qərb ölkələri yalnız“təəssüf dolu” mesajlar verməklə kifayətləniblər.

Musavat.com erməni mətbuatıına istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasının üzvü, deputat Edmon Marukyan yerli mətbuata son hadisənin İrəvan üçün doğura biləcəyi nəticələrdən danışıb.

“Sizə bəlli olduğu kimi, Azərbaycan 2015-ci ildə ATƏT-in Bakı ofisinin bağlanmasına qərar vermişdi. Digər üzv ölkələrin biganəliyi, bir qədər ehtiyatsızlığı ucbatından Bakı situasiyadan istifadə edərək ATƏT-in İrəvandakı ofisini bağlanmasına nail oldu”, - erməni deputat bununla bağlı günahı Azərbaycanın üzərinə atıb.

Marukyanın fikrincə, ATƏT-in İrəvan ofisinin bağlanması ilk öncə Ermənistan üçün böyük itki sayılmalıdır. Çünki yerli ofis bir sıra islahatların həyata keçirilməsi prosisndə aktiv şəkildə işitrak edir, habelə həm hökumət, həm də ictimai sektorla sıx əməkdaşlıq həyata keçirirmiş.

“Fikirləşirəm ki, azad düşüncəli insanlar ATƏT-in İrəvan ofisinin qapadılmasından olduqca məyus olublar. Burada Ermənistanın müttəfiqi sayılan Rusiya Federasiyasının mövqeyinə heyrət etməmək mümkün deyil. Moskva Ermənistanın maraqlarının müdafiəsi və Azərbaycanı öz mövqeyindən döndərmək üçün təzyiq göstərməklə bağlı barmağını da tərpətmədi. ATƏT-in İrəvan ofisinin rəhbəri Rusiyadan idi və Rusiyanın diplomatı sayılırdı. Hətta bu xüsus belə Moskva üçün heç bir əhəmiyyət kəsb etmədi”, - Marukyan qəzəbini ifadə edib.

Marukyan son hadisənin elə əslində Rusiyanın öz maraqlarına cavab verdiyini və Ermənistanın olduqca vacib resursdan məhrum olduğunu vurğulayıb.

Rəyi soruşulan digər erməni ekspertləri də ATƏT-in İrəvan ofisinin bağlanmasını ölkə üçün böyük diplomatik məğlubiyyət hesab ediblər.

Politoloq Stepan Səfəryanın fikrincə, Ermənistan hakimiyyəti Azərbaycanın ATƏT-in yerli ofsini bağlatmaqla bağlı fəaliyyətinə qarşı heç nə edə bilməyib.

“Bu məsələ ilə bağlı beynəlxalq rəyin formalaşdırılması nöqteyi-nəzərindən Ermənistan iqtidarı heç bir fəaliyyət göstərmədi. Hətta ofisin bağlanması ilə bağlı rəsmi bəyanatlarda da bunun günahkarının kimlər olduğu və nə üçün edildiyi barədə heç bir işarə yoxdur”...






Fikirlər