PKK Avropada xərac toplayır - ƏRDOGAN

PKK və qolları hər il Avropada xərac toplayır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitindən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

“Ötən ilin 15 iyul gecəsində ölkəmizdə hərbi çevrilişə cəhd edərək 250 vətəndaşımızı qəddarcasına öldürən terror təşkilatları Qərb ölkələrini özləri üçün etibarlı liman hesab edir. Bu durum 15 iyul gecəsi demokratiyaya sahib çıxan millətimizi daha çox narahat edir”, - deyə Ərdoğan bildirib.






Fikirlər