Prezident Xalça Muzeyinin əməkdaşların TƏLTİF ETDİ

Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abasova Aygün Elşad qızı

Səlimov Yalçın Ramiz oğlu.

Dövlət başçısı Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Ağayeva Püstə Tofiq qızı

Məlikova Təranə Nadir qızı

Zeynalova Rəma Mais qızı.

Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar rəssam”

Bəşirov Taryer Ağaveyis oğlu

“Əməkdar mədəniyyət işçisi”

Şirəliyeva Asya Əlimövsüm qızı.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi