"2015-ci ildə vəziyyət mürəkkəb olacaq”

"2015-ci ildə vəziyyət mürəkkəb olacaq”Araz Ağalarovdan bədbin açıqlama

Azərbaycan mənşəli rusiyalı iş adamı Araz Ağalarov dünya neft bazarında baş verən ucuzlaşma ilə bağlı çox ümidsiz danışıb.

Moskvada azərbaycanlı iş adamının vəsaiti ilə tikilmiş Pavşinsk körpüsünün açılışı zamanı Araz Ağalarov bildirib (ans press).


Məsələ bundadır ki, bizim ölkə müəyyən mənada neft iynəsinin üzərində oturur. Təəssüf ki, yaxın gələcəkdə qiymətlərin qalxması gözlənmir. Çünki dünya bazarında pay uğrunda müharibə gedir. Səudiyyə Ərəbistanı və başqa neft hasilatçısı ölkələr istəmirlər ki, şist nefti bazara girsin. Buna görə də qiymətlər yetərincə aşağı olacaq. Bu mənim qiymətləndirməmdir, mən də səhv edə bilərəm. Amma, düşünürəm ki, bütünlüklə 2015-ci ildə vəziyyət mürəkkəb olacaq”, - deyə Araz Ağalarov bildirib.






Fikirlər