Pol Qobl: “Heydər Əliyevlə Robert Köçəryan razılaşmaya çox yaxın idi, Rusiya qoymadı”

Pol Qobl: “Heydər Əliyevlə Robert Köçəryan razılaşmaya çox yaxın idi, Rusiya qoymadı”2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərində keçirilən Qarabağ danışıqlarında Ermənistan və Azərbaycan münaqişənin nizamlanmasına heç vaxt olmayan qədər yaxın idilər.

Virtualaz.org saytın xəbər verir ki, bu haqda amerikalı analitik, dövlət katibinin xüsusi müşaviri işləmiş Pol Qobl Ermənistanda nəşr edilən “168 jam” qəzetinə müsahibəsində deyib.

Pol Qobl 90-cı illərdə dövlət katibinin xüsusi müşaviri işləyib və Dağlıq Qarabağ münaqişəsinin həll yoluna dair “Qobl planı” kimi məşhurlaşan təkliflər verib. Ərazi mübadiləsi prinsipinə əsaslanan bu plana görə, Azərbaycan Dağlıq Qarabağ və Laçın dəhlizini Ermənistana verir, Ermənistan isə Naxçıvanla dəhliz yaratmaq üçün Mehri rayonundan Azərbaycana ərazi ayırır.

Pol Qobl: “Heydər Əliyevlə Robert Köçəryan razılaşmaya çox yaxın idi, Rusiya qoymadı”






Pol Qobl







Amerikalı analitikin bildirdiyinə görə, 2001-ci ildə Ki-Uestdə aparılan danışıqlarda masa üzərində olan sənəd onun əvvəl təklif etdiyi varianta çox yaxın idi.

“Tərəflər hələ çox yaxın idi, çünki prezident Robert Köçəryan da, prezident İlham Əliyev də eyni vaxtda öz xalqlarına sədaqəti hakimiyyətlərindən üstün tutmağa sadiqliyini nümayiş etdirmişdilər. Əgər xaricdən müdaxilə olmasaydı, yekun razılaşma əldə ediləcəkdi” - Pol Qobl bildirib.

Virtualaz.org saytı xatırladır ki, o vaxtkı ABŞ dövlət katibi, general Kolin Pauellin vasitəçiliyi ilə keçirilən Ki-Uest danışıqlarında Pol Qobl və Qarabağ münaqişəsi üzrə bəzi nüfuzlu beynəlxalq analitiklər iştirak etmişdilər.

Pol Qobl: “Heydər Əliyevlə Robert Köçəryan razılaşmaya çox yaxın idi, Rusiya qoymadı”

P.Qobl xatırlayır ki, xarici qüvvələrdən ilk növbədə Rusiya Ermənistana və Azərbaycana Qarabağa dair yekun razılaşma əldə etməyə imkan vermədi. Onun sözlərinə görə, məsələnin həll edilməmiş qalması Moskva üçün strateji əhəmiyyət kəsb edir. Çünki Rusiya Cənubi Qafqaz olmadan Şimali Qafqazı heç vaxt nəzarətdə saxlaya bilməz.

Digər tərəfdən, analitik hesab edir ki, Qərb özü də stabil status-kvonun tərəfdarıdır. “Qobl planı” haqda danışan analitik deyib ki, o vaxt həmin plan yaxşı idi. Ancaq indi həmin planı danışıqlar prosesinə daxil etmək mümkün deyil.






Fikirlər