Kennedinin qətlinə dair məxfi sənədlər üçün 100 MİN DOLLAR MÜKAFAT

Kennedinin qətlinə dair məxfi sənədlər üçün 100 MİN DOLLAR MÜKAFAT

WikiLeaks təşkilatı ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlinə dair ABŞ hökumətinin dərc etməyəcəyi məxfi sənədləri təqdim edən şəxsə 100 min dollar mükafat verəcək. Bu barədə Azərtac məlumat yayıb.Publika.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mükafat materiallar qanun pozuntusunu, yarıtmaz fəaliyyəti və ya ABŞ hökumətinin səhvlərini üzə çıxaracağı təqdirdə veriləcək. Bu barədə məlumat təşkilatın rəsmi “Twitter” səhifəsində yerləşdirilən bəyanatda yer alır.Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Con Kennedinin qətli ilə bağlı əvvəllər məxfi saxlanılan 2,8 min sənədi Milli Arxivin saytında dərc etmək barədə sərəncam verib.

Prezidentin sözlərinə görə, ictimaiyyət tarixin axarını dəyişdirən bu hadisə ilə əlaqədar insanların tam həcmdə informasiya əldə etmələri üçün Con Kennedinin qətlinə dair sənədləri hökumətin mümkün qədər daha çox əlçatan edəcəyini düşünür. O, həmçinin bildirib ki, bəzi qurumların tələbinə əsasən, bu məsələ ilə bağlı digər sənədlər yenə də məxfi qalacaq. 






Fikirlər