Avropa və ABŞ Çinsiz Rusiyaya BATA BİLMƏZ- Newsweek

“Təşkilat bu halında Rusiya ilə irimiqyaslı müharibədə darmadağın olmağa məhkumdur”

Son bir neçə ildə Rusiya ilə mücadilə bu vaxta qədər məğlubedilməz və qüdrətli görünən Şimali Atlantika alyansının, yəni NATO-nun bütün zəifliklərini ortya çıxardı.

Alyans nə Rusiyanın Krımı işğal etməsinə, nə də Suriyada at oynatmasına mane ola bildi. bütün bunlar NATO-nun həm xaricdə siyasi nüfuzunun zəifləməsinə, həm də öz daxilində ciddi çatların (Türkiyə, Macarıstan) əmələ gəlməsinə səbəb oldu.

Bu səbəbdən Qərb analitikləri bir ağızdan Alyansı və onun əsas gücü ABŞ-ı Niksonun 70-ci illərdə tətbiq etdiyi çevik taktikaya geri dönməyə çağırırlar.

ABŞ-ın analitik “Newsweek” jurnalının icmalçısı Tom O`Konnorun “Çinsiz ABŞ və Avropa Rusiya ilə müharibədə məğlub olmağa məhkumdur” adlı məqaləsi də bu haqdadır.

Müəllif yazısında Qərbin nüfuzlu analitik mərkəzlərinin və beynəlxalq icmalçılarının fikirlərini əks etdirib.

“Aparıcı ekspertlərin və keçmiş dövlət xadimlərinnn sözlərinə görə, NATO hazırkı situasiyada özünü əsas düşməni Rusiya ilə münaqişəyə hazır deyil və başqa bir qüdrətli rəqibin, Çinin köməyi olmadan onun üzərində qələbə qazana bilməz”, - yazıda qeyd olunur.

Məqaləqə Slovakiyanın NATO ilə sız əlaqələri olan “Globsec” təşkilatının hesabat məruzəsidən sitatlar gətirilir.

Məruzədə ABŞ dəniz piyadalarının istefad olan generalı Con Allenin rəhbərlik etdiyi ekspertlər qrupu NATO və ABŞ-ı “hərbi sahədə böyük irəliləyişlər həyata keçirən Rusiyaya qarşı dirənmək üçün” uzunmüddətli adaptasiya prosesinə başlamağa çağırır.

“NATO müharibənin xarakterini, beynəlxalq münasibətlərin strukturunu, habelə alyansın öz funksiyasını dəyişdirə biləcək siyasi yeniliklərdən və texniki nailiyyətlərdən geridə qala bilər”-məruzədə bildirilir.

Sənəddə təşkilatın gələcək müharibələri əngəlləmək, habelə hərbi potensialını artırmaq yolunda siyasi vasitələr, o cümlədən yeni strateji əməkdaşlıqlar və birliklər əldə etməsinin vacibliyi vurğulanır.

“Bu cür strategiya Şimali Atlantika təşkilatına daxil olmayan Avstraliya, Cənubi Koreya, Çin , Hindistan və Yaponiya kimi dövlətlərə yaxınlaşmanı nəzərdə tutur”.

Müəllif yazısında NATO və Rusiyanın yalnız Avropada birtəhər status-kvonu saxladığını bildirir. Əvvəllər Qərbin dominantlıq etdiyi qalan yerlərdə isə Rusiyanın ənənəvi qüvvələr balansını öz xeyirnə dəyişdirdiyi qeyd olunur:

“Hər şeydən əvvəl bu Yaxın Şərqə aiddir. Rusiyanın Suriyadakı hərbi və diplomatik qələbələri ona bölgədə möhkəm plasdarm yaratmağa imkan verib. Moskva hazırda bu güc mövqeyindən Kuba, İran və Şimali Koreya kimi ölkələrlə yaxınlaşaraq başqa yerlərdə istifadə etməyə çalışır”.

Məruzədə alyansın öz qlobal hədəflərinə çatmaq yolunda bütün ciddi sadalanmaqla bərabər ABŞ və Ruisyadan sonra 3-cü hərbi güc sayan Çinlə yaxınlaşmaq barədə çağırış edilir.

Yazıda Çin lideri Si Tzinpinin ölkənin silahlı qüvvələrini dünyanın hər yerində vuruşmağa qadir olan birinci dərəcəli hərbi maşına çevirdiyi xüsusi qeyd olunur.

“NATO Çinin böyük nüfuznu nəzərə almağa borcludur”, - əvvəllər təşkilatın Əfqanıstadakı qüvvələrinə komandanlıq edən general Con Allenin politico.com saytına verdiyi müsahibəsindən iqtibas gətirilir.

Məruzədə Çinlə yaxınlaşmağın indiki mərhələdə olduqca çətin olduğu da göstərilib. Belə ki, Rusiya iki cəbhə arasında qalmamaq xətrinə Çinin bütün istəklərini can-başla yerinə yetirir. (Burada Rusiyanın Çinlə olduqca ucuz şərtlərlə imzaladığı çoxmilyardlıq enerji layihələrini qeyd etmək olar).

Bu səbəbdən Pekin və Moskva Qərbə qarşı bir çox məsələlərdə hələ ki eyni cəbhədən çıxış edirlər.

Rusiya Çinə hətta Baltik dənizində birgə hərbi təlimlər keçirməyə belə imkan verib.

Alyansın yeni qlobal çağırışlar qarşısındakı zəif durumu daha bir nüfuzlu analitik mərkəzin “Atlantic Council”-ın “Strategic Foresight Analysis” (Strateji öngörmə) adlı məruzəsində də qeyd olunub.

Burada Rusiya və Çin kimi qeyri-qərb dövlətləri ilə böyük münaqişə riskindən söhbət açılır ..

Məruzədə deyilir: “Hakimiyyət, qüdrət və nüfuz artıq Qərbdən Asiyaya doğru keçməyə başlayıb. Buna görə də Qərbin beynəlxalq gündəmə təsir etmək imkanları daha da azalmaqda davam edəcək”.

Keçən ay isə mərkəzin digər bir xidməti məruzəsində NATO-nun soyuq müharibədən bu yana hərbi potensialının “atrofiya” mərhələsində olmasından (atrofiya- normal böyüklükdə bir orqanizmin, orqanın, toxumanın və ya hüceyrənin sonradan kiçilməsidir-red.) bəhs edilir və hazırkı idarəçilik strukturu ilə Alyansın Rusiya ilə irimiqyaslı müharibədə darmadağın olacağı qeyd olunub.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi