Buzlar ƏRİDİ, ABŞ-ın şok sirri AŞKARA ÇIXDI - VİDEO

Buzlar əridi, ABŞ-ın şok sirri AŞKARA ÇIXDI - VİDEO

Qrenlandiyada əriyən buzlar uzun illərdir gizlədilən sirri də ortaya çıxarıb.

Publika.az
 xəbər verir ki, əriyən buzlar ABŞ-ın bölgədə gizli hərbi bazasının üzə çıxmasına səbəb olub.


Bu, ABŞ-ın “soyuq müharibə” dövründə Qrenlandiyada inşa etdiyi hərbi araşdırma və nüvə bazasıdır.

“Soyuq müharibə” dövründə 200 nəfərlik qrup tərəfindən nüvə gücü ilə inşa edilən baza “Project İceworm” (Buzsoğulcanı layihəsi) adlanır. Bazanın altındakı 4000 kilometr uzunluğundakı tuneldə SSRİ-yə qarşı istifadə etmək üçün 600 ədəd ballistik raket yerləşdirilib.

Kanadanın Lessonde Universitetində çalışan Uilyam Colganın sözlərinə görə, bazanı inşa edənlər onun bir daha səthə çıxmayacağını düşünmüşdülər: “1960-cı illərdə “qlobal istiləşmə” termini belə yox idi. Ancaq hazırda iqlim dəyişir”.

İddiaya görə, baza 1951-ci ildə Danimarka hökumətinin icazəsi ilə tikilib. SSRİ-ni birbaşa vurmaq üçün nüvə raketlərinin saxlanıldığı böyük bazada həmçinin müxtəlif elmi layihələr icra olunurdu. Daha sonra isə davamlı şəkildə hərəkətdə olan buzlaqların böyük təhlükə yaratdığı aydın oldu və 1967-ci ilə qədər araşdırma mərkəzi kimi istifadə edilən baza tərk edildi.






Fikirlər