Putinin sirr kimi saxladığı hərbi bazası üzə çıxdı - FOTOLAR

Putinin sirr kimi saxladığı hərbi bazası üzə çıxdı 

Bazanın ərazisi 14 min kvadrat metrdir.

Azərbaycanın şimal qonşusu olan Rusiya gizli hərbi bazasını nümayiş etdirib. İstiPress-in məlumatına görə, hərbi baza Arxangelsk vilayətində yerləşir. 

Ölkənin Müdafiə Nazirliyi ölkənin  şimalında, Arktikadakı - Frans-İosif  torpağı arxipelaqında yerləşən bazaya 3D səyahət təşkil edib. Bazada 150 əməkdaş 18 aya kimi qalmaq imkanına malikdir. 

Virtual turda heç bir hərbi avadanlıq nümayiş edilmir. 14 min kvadrat metrlik ərazisi olan baza Rusiya bayrağının rənglərindədir. Burada elektrik, sutəmizləyici stansiyalar, o cümlədən hərbi və xüsusi texnika üçün qarajlar, xüsusi təyinatlı silahlar, idarəetmə məntəqəsi və s. var. 

Baza Rusiyanın qütblərdə neft və təbii qaz yataqlarına dair apardığı işlər çərcivəsində inşa edilib. Bölgədəki rezervlərin ümumi dəyərinin 30 trilyon dollara yaxın olduğu ehtimal edilir. 

      

 






Fikirlər