Araz Ağalarov: “HƏLƏ BİLMİRİK başımıza nə gələcək…”

“Bu nə siyahıdır axı? Birinci və ikinci sadəcə olaraq rusiya prezidenti Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb…Üçüncüsü isə “Forbs”dan. Sadəcə olaraq ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki,kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq siyahı xatirinə…”

Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azrbaycanlı milyarder-oliqarx Araz Ağalarov adının ABŞ-da “Kreml məruzəsi”inə daxil edilməsini “Komsomolskaya pravda” qəzetinə şərh edərkən deyib.

Biznesmen deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir.Yəni başımıza nə gələcək, kobud desək Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və mən başa düşmürəm ki, nəyə görə hamı bu siyahıya görə belə həyacanlanır”-Ağalarov əlavə edib.

Azərbaycanlı oliqarx deyib ki, adının “Kreml məruzəsi”inə daxil edilməsindən diskomfort yaşamır. “Xeyr…Nə diskomfort?…Mənim qızım Birləşmiş Ştatlardadır. Və arvadım. Əgər hakimiyyət məni ora buraxmasa ünsiyyət saxlamaq bir qədər mürəkkəbləşəcək. Əlaqə birtərəfli olacaq. Belə diskomfort əlbətdə, var. Ayrı nə diskomfort?”-o müxbirin sualına cavab olaraq deyib.

Ağalarovun sözlərinə görə, “Kreml məruzəsi” üçün formal əsas kimi Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin göstərilməsini anlamır. Çünki amerikalılar elə beyinsiz adamlar deyil ki, Rusiyanın təsirinə uyub onun istədiyi adamı prezident seçsinlər.

“Belə vəziyyətdə biz sizinlə birlikdə Trampa müraciət edə bilərikmi? Axı onun seçilməsini dəstəkləmişik, necə deyərlər, ona səs vermişik?”-jurnalist soruşub.

“Məsələ ondadır ki…Mənim Tramp seçkilərdə qələbə qazananan sonra “Komsomolskaya pravda”ya verdiyim birinci müsahibəni yada salın. O vaxt demişdim ki, biznesmen Tramp başqa, prezident Tramp başqa. Üstəlik mən hesab edirəm ki, Tramp özü də bu fərqi dərhal başa düşmədi. O, fərqi ancaq onda anladı ki, müxtəlif strukturlarla problemləri yarandı-Müllerin komissiyası, Dövlət Departamenti, Böyük Jüri və s.”-Ağalarov cavab verib.

Biznesmen deyib ki, Trampın mobil nömrəsini bilmir. Əvvəllər onda Trampın nömrəsi olub, amma yəqin ki, prezident seçiləndən sonra dəyişib. “Ona görə də mən sizə bu məsələdə kömək edə bilməyəcəm”-o jurnalistin Trampın nömrəsini istəməsinə cavab olaraq deyib.






Fikirlər

Şərh müəllifi: Ellindurf                 Tarix: 7 iyun 2018 23:38                 [ Cavabla ]
Propecia Dermatology Amoxicillin And Tinnitus Sie Effect Acheter Viagra Belgique Sans Ordonnance canadian pharmacy cialis Achat De Viagra France

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi