Gürcüstanın BAŞ NAZİRİ Bakıya gəldi

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.






Fikirlər