12.02.2014. - Gürcüstan prezidenti Azərbaycanda rəsmi səfərdədir

12.02.2014. -  Gürcüstan prezidenti Azərbaycanda rəsmi səfərdədirGürcüstan Prezidenti Qiorqi Marqvelaşvili fevralın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
AzerTaym.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvilini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Qiorqi Marqvelaşvili 12-13 fevralda Azərbaycanda rəsmi səfərdə olacaq. Gürcüstan prezidentinin administrasiyasının mətbuat xidmətindən bildirilib ki, Marqvelaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra iki ölkənin liderləri birgə bəyanat verəcəklər.

Gürcüstan prezidenti həmçinin Azərbaycanın baş naziri Artur Rəsi-zadəylə və Azərbaycan parlamentinin sədri Oktay Əsədovla görüşəcək.

Qiorqi Marqvelaşvili 13 fevralda Qax-a baş çəkəcək. Onun burda etnik gürcü əhalisiylə görüşü planlaşdırılır.

Qeyd edək ki, Azərbaycana səfər edəcək gürcü nümayəndə heyətinin tərkibinə parlament üzvləri, Təhlükəsizlik Şurasının katibi, prezident administrasiyasının müdiri və xarici əlaqələr üzrə prezidentin katibi daxildir. Nümayəndə heyətinin rəsmi səfəri 13 fevralda başa çatacaq.






Fikirlər