KİYEV Rusiyanı ŞOK edəcək addıma hazırlaşır - Poroşenko AÇIQLADI
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin inkişafının Avropa və avroatlantik kursu haqqında Konstitusiyaya dəyişikliklərini yaxın vaxtlarda Ali Radasının müzakirəsinə daxil edəcək. Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda dövlət başçısı Ukraynanın Konstitusiya günü münasibəti ilə təntənəli tədbirdə çıxış zamanı bildirib. “Yaxın vaxtlarda Konstitusiyaya dəyişikliklər üzrə layihəni Ali Radanın müzakirəsinə təqdim edəcəm. Dəyişikliklər bir-biri ilə sıx bağlı olan iki strateji hədəfimizi möhkəmləndirəcək. Bunlar Ukraynanın Avropa İttifaqı və NATO-ya girişidir”, - Poroşenko vurğulayıb. Prezident əminliyini ifadə edib ki, parlamentdə bu dəyişikliklərin səsverməsi üçün 300 səs toplamaq imkanıp var. Poroşenko həmçinin bildirib ki, Kiyevin Krım üzrə mövqeyi ölkənin əsas qanununda əksini tapmalıdır. O, Konstitusiya komissiyasını layihənin hazırlanması üzrə işi aktivləşdirməyə çağırıb. Ukrayna prezidenti iyunun 15-də bildirib ki, Konstitusiya komissiyası layihə üzərində işi başa çatdırmaq üzrədir.