Trampdan Melaniyanı qısqandıracaq SÖZLƏR: O cazibədarlığı ilə MƏNİ MƏST ETDİ

Trampdan Melaniyanı qısqandıracaq SÖZLƏR: O cazibədarlığı ilə məni məst etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kraliçası ikinci Yelizavetanı cazibədar və möhtəşəm qadın adlandırıb.

AzerTaym.az publika.az-a istinadən xəbər verir ki, "Daily Mail" nəşrinə müsahibə verən prezident üstün zəkaya və bu qədər enerjiyə sahib kraliça ilə görüşündən məmnun olduğunu deyib:

"Nəhayət ki, bu möhtəşəm qadınla görüşdük. O, hər kəsi özünə məftun edə biləcək zəkaya və enerjiyə sahibdir. O qədər ağıllı qadındır ki, hər kəsin diqqətini öz üzərinə çəkə bilib. Bu qədər gözəl və cazibədar olduğunu təsəvvür etmirdim. Onunla nəhayət ki, üz-üzə görüşməyimə şadam. Bu, mənim üçün böyük şərəfdir".

Tramp onu da qeyd edib ki, mərhum anası, Meri Enn Tramp (1912-2000) Şotlandiyada Hebrid adalarında doğulub. Anasının kraliçanın zərifliyinə aşiq olduğunu deyən prezident ikinci Yelizavetaya rəğbətinin bir az da bu səbəbdən olduğunu gizlətməyib:
"Mən anamın sizə nə üçün bu qədər heyran olduğunu bu gün başa düşdüm. Çox istərdim ki, anam bu gün burada bu shnəni görsün".






Fikirlər