TRAMP 2020-ci ildə PREZİDENTLİYƏ namizədliyini irəli sürəcək

Image result for Tramp

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp  Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində bildirib. 

 D.Tramp seçki prosesində Demokratlar düşərgəsində ona rəqib ola biləcək namizəd görmədiyini qeyd edib.    

 “Mən rəqib görmürəm. Mən onların hamısını tanıyıram, onlarda heç kim yoxdur... Onlarda düzgün namizəd yoxdur”, - deyə D.Tramp qeyd edib. 






Fikirlər