SUİ-QƏSDƏ MƏRUZ QALAN SİYASİ LİDERLƏR

 

Dünyada bir çox siyasi lider sui-qəsdə məruz qalıb. Onlardan bəziləri öldürülüb, bəziləri yaralanıb, bəziləri isə sui-qəsdər yayına bilib.

Teleqraf.com xəbər verir ki, dünya tarixinin axarını dəyişdirəcək sui-qəsd cəhdləri ABŞ prezidentləri Con Kennedi və Avraam Linkoln tutmuş Pakistanın qadın baş naziri Bənazir Buhottoya, habelə Hindistanın müstəqillik uğrunda simvol lideri olan Mahatma Qandiyə qədər uzanıb.

Con Kennedi

Ən amansız sui-qəsd ABŞ prezidenti Con Kennediyə qarşı həyata keçirilib. ABŞ-ın 35-ci prezidenti 1963-cü ilin 22 noyabrında, cümə günü sui-qəsd nəticəsində öldürülüb. Seçki kampaniyası aparmaq məqsədilə üstü açıq limuzinlə Dallasa gələn Kennedi açılan atəşlə başından vurulub. Bu sui-qəsdlə bağlı görüntülər olsa da, indiyə qədər cinayətin üstü açılmayıb. Sui-qəsdçi olaraq sabiq hərbçi Lee Harvey Osvald həbs edilib. Kennedinin öldürülməsinə səbəb kimi müxtəlif iddialar ortaya atılıb. Lakin bunlardan ən güclüsü prezidentin İsrailin nüvə proqramına qarşı çıxmasıdır.

Süleyman Dəmirəl

1996-cı ilin 18 mayında Türkiyə prezidenti Süleyman Dəmirəl İzmirdə Outlet Center alış-veriş mərkəzinin inşa edilməsi tədbirinə qatılıb. Məhz burada prezident sui-qəsd cəhdinə hədəf olub. Dəmirəl çıxışını tamamladıqdan sonra ona yaxınlaşan İbrahim Gümrükçüoğlu silahını çıxararaq atəş açıb. Prezidentin mühafizəçisi Şükrü Çuxurlu və bir jurnalist yaralanıb. Hadisədən dərhal sonra həbs edilən və edam cəzası maddəsi ilə ittiham olunan Gümrükçüoğlunun əqli problemləri olduğu müəyyən edilib. Həkimlər cinayətkarın paranoit sindromundan əziyyət çəkdiyi haqda tibbi hesabat tərtib edib. Məhkəmə Gümrükçüoğlunun edam cəzasına məhkum etməyib. Ruhi əsəb dispanserinə göndərilən Gümrükçüoğlu 1 ildən sonra xəstəxanadan çıxıb.

Turqut Özal

Türkiyənin mərhum prezidenti Turqut Özala qarşı da sui-qəsd cəhdi olub. Hadisə 1988-ci ilin 18 iyun günü Ana Vətən Partiyasının qurultayının keçirildiyi tədbirdə olub. Özal çıxış etmək üçün səhnəyə çıxandan az sonra Qartal Dəmirağ adlı şəxs iki dəfə atəş açıb. Güllə Özalın baş barmağına dəyib. Buna baxmayaraq Özal yaralı halda çıxışını davam etdirib.

O, çıxışında “buradan elan edirəm, Allahın verdiyi ömrü onun istəyindən başqa kimsə ala bilməz. Biz də özümüzü Allaha təslim etmişik”,-ifadəsini işlədib.

Özala güllə atan Dəmirağ hadisə yerindən qaçmaq istəsə də, cangüdənlərdən biri onu yaralayıb. Daha sonra məhkəmə cinayətkara 20 il həbs cəzası verib. Dəmirağ 4 il cəza çəkdikdən sonra, 1992-ci ildə Özal tərəfindən bağışlanıb.

Bənazir Buhutto

Pakistanda iki dəfə baş nazir vəzifəsini icra edən Bənazir Buhutto uzun illər sürgün həyatı yaşayıb. Nəhayət 2007-ci ildə seçkilərdə iştirak etmək məqsədilə Londondan İslamabada gəlib. Əl-Qaida qadın siyasətçini öldürəcəyini elan edib. 2007-ci ilin 18 oktyabrında bombalı hücuma məruz qalan Buhutto sağ qalıb. Hadisə zamanı 138 nəfər ölüb. Bundan sonra xanım Buhutto 2007-ci ilin 27 noyabrında Ravalpində sui-qəsdə məruz qalıb.

İntiharçı xalqı salamlamaqda olan Buhuttonun avtomobilinə yaxınlaşaraq 3 dəfə atəş açıb. Hədəfi vura bilməyən cani daha sonra üzərindəki bombanı partladıb. Başından yaralanan Buhutto dərhal xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Yerli saatla 18:16-da Buhuttonun öldüyü haqda informasiya açıqlanıb. Əl-Qaida sui-qəsdin məsuliyyətini üzərinə götürüb. Lakin bundan bir neçə gün sonra Pakistan Daxili İşlər Nazirliyinin iddiasının əksinə olaraq Əl-Qaida liderlərindən Beytullah Maqsud bu sui-qəsdlə əlaqəsinin olmadığını bildirib.

Ləyaqət Əli Xan

Pakistanın ilk baş naziri olan Ləyaqət Əli Xan ölkənin daxili və xarici siyasətin əsaslarını müəyyən etməklə yeni dövlət sistemində önəmli rol oynayıb. O, Cinahın ölümündən sonra millətin lideri elan olunub. Hindistanla Pakistan arasında anlaşılmazlıqları sülh vasitəsilə həlli siyasətinə qarşı çıxan fanatik dairələr Əli Xanı 1951-ci ildə Ravalpində sui-qəsd nəticəsində öldürüb.

Martin Lüter Kinq

ABŞ-da milli haqlar, xüsusilə qaradərililərin hüquqlarının qorunması hərəkatının lideri Martin Lüter Kinq dünyada insan haqlarının simvolu hesab olunur. Kinq 1968-ci ilin mayında qaradərili zəhmətkeşləri dəstəkləmək məqsədilə Memphisə gəlib. O, aprelin 3-də burada ən məşhur çıxışını edib. Aprelin 4-də, günortadan sonra şəhərdəki Lorraine Motelin eyvanında sui-qəsd nəticəsində öldürülüb. Kinq boğazından vurulub.

Onu təcili xəstəxanaya çatdırıblar, lakin həyatını xilas etmək mümkün olmayıb. Martin Lüter Kinqə qarşı sui-qəsd ABŞ-ın 60 şəhərində mitinq və üsyanların başlamasına səbəb olub. 5 gün sonra ABŞ prezidenti yas elan etməyə məcbur olub. Milyonlarla insan onun cənazə törəninə qatılıb. Hətta ABŞ prezidentinin köməkçisi Hubert Humphrey prezidentin nümayəndəsi olaraq cənazə tədbirində iştirak edib.

Avraam Linkoln

ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln sui-qəsd nəticəsində öldürülən ilk ABŞ prezidenti olub.
14 aprel axşamı Linkolin və xanımı “Amerikalı əmi oğlumuz” tamaşasına baxmaq üçün Ford teatrına gedib. Linkolnin istəmədiyi üçün ən yaxın cangüdəni Vard Hill Lamon onunla teatra getməyib.

Prezident tamaşanı eyvandan izləyib. Qatil Booth isə eyvanın arxa hissəsində tamaşanın ən komik anının çatmasını gözləyib. Həmin an prezidentə atəş açılsa, bunu çoxu fərq etməyib. Cinayətkar tamaşanın həmin anında prezidentin başına güllə vurub və hadisə yerindən qaçmağı bacarıb. Qaçarkən də “Tiranlar üçün” deyə qışqırıb. Sui-qəsddən 12 gün sonra amerikalı agentlər cinayətkarı həbs edə bilib. Cinayətkar Virciniyada öldürülüb.

Kral Faysal

1964-1975-ci illərdə Kral Faysal Səudiyyə Ərəbistanında krallıq edib. Taxta keçdikdən sonra ölkədə bir sıra islahatlar həyata keçirib. Televiziya kanalları və qızlar üçün məktəblərin yaradılmasına nail olub. Panislamizm düşüncəsini yaymaq məqsədilə Misir, Suriya və İraq kimi ölkələrlə diplomatik əlaqələr qurub.

Digər tərəfdən də, əksər islam ölkələrinə yaxınlaşaraq Səudiyyənin islam dünyasının lideri vəziyyətinə gətirmək məqsədilə işlər görüb, bu məqsədlə Türkiyəyə belə səfər edib. 1973-cü ildə enerji böhranı zamanı ön plana çıxıb. Hətta "The Time" jurnalı tərəfindən "ilin adamı" seçilib. 1975-ci ilin martın 25-də Kral Faysal öz sarayında öldürülüb.

Rafiq Həriri

1992-ci ildə Livanın baş naziri olan Rafiq Həriri 1995-ci ilə qədər bu postda qalıb. 1996-cı ildə nəqliyyat naziri vəzifəsini tutub. 2000-ci ildə Livan xalqının dəstəyi ilə ikinci dəfə baş nazir olub və bu vəzifəni 2004-cü ilə qədər davam etdirib. 2002-ci ildə dünyanın ən varlı 4 şəxsindən biri elan olunub. 2004-cü ildə Suriya siyasəti məsələsində prezident Emil Lahudlə fərqli fikirdə olub və buna görə istefaya gedib.

2005-ci ilin 14 fevralında Beyrutda George otelinin yaxınlığında öldürülüb. Sui-qəsddən sonra Suriyaya qarşı müxtəlif ittihamlar səsləndirilsə də, Rafiq Həririnin oğlu, Livanın indiki baş naziri Səd Həriri deyib ki, atasının öldürülməsinə görə, Suriyanı günahlandırmaqla xəta edilib.

Mahatma Qandi

Dünya və Hindistan tarixinin ən əhəmiyyətli şəxsiyyəti Mahatma Qandi 1948-ci ilin 30 yanvar tarixində Yeni Dehlidə, Birla Evi bağçasında gəzərkən öldürülüb. Cani Nathuram Godse hindi radikal olub və Pakistana ödəmələr edilməsini israr edən Qandini Hindistanı zəiflətmək istədiyini iddia edib.

Godse və dostu məhkəmədə edam cəzasına məhkum olunub. Cinayətkarlar 1949-cu ilin 15 noyabrında edam olunub. Qandinin nəşinin külü isə müxtəlif qablara doldurulub Hindistanın müxtəlif regionlarına göndərilib.






Fikirlər