Ruhani ABŞ-a OD PÜSKÜRDÜ: "3 ay sonra..."

Ruhani ABŞ-a OD PÜSKÜRDÜ: "3 ay sonra..."

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyaların ardınca dövlət televiziyasına verdiyi açıqlamada bu addımı sərt şəkildə qınayıb.

Publika.az xəbər verir ki, Ruhani ABŞ prezidenti Donald Trampın birbaşa görüş çağırışının Amerikanın daxili siyasətinə hesablandığını və İranı bölmək anlamına gəldiyini bildirib.

“ABŞ İrana sanskiya tətbiq etməyə peşman olacaq. Dünyada izolyasiya edilmiş vəziyyətdədirlər. İranın uşaqlarına, xəstələrinə və bütün ölkəyə sanksiya tətbiq edirlər. Sanksiya tətbiq edərkən müzakirəyə davam etməyin heç bir anlamı yoxdur. Müzakirə üçün şərtimiz qarşı tərəfin sədaqətini göstərməsi və nüvə razılaşmasındakı mövqelərinə geri dönməsidir. Bizim müzakirə üçün ön şərtimiz yoxdur”, - Ruhani deyib.

O, həmçinin bildirib ki, ABŞ prezidentinin ön şərtsiz görüşmə təklifinin məqsədi gələcək seçkilərdə Amerika ictimaiyyətinə təsir etmək və İranda qarışıqlıq yaratmaq məqsədi daşıyır.

İranın hər zaman müzakirəyə açıq olduğunu və bunun örnəyinin nüvə razılaşması olduğunu bildirən Ruhani “müzakirənin təməli sədaqətdir, masanı tərk edib sanksiya tətbiq edən biri ilə necə müzakirə edəcəyik? Əsl embarqolar 3 ay sonra başlayacaq. Avropa, Çin və Rusiya bizə gələcək embarqolara dirənmək sözünü verib” ifadələrini işlədib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiya tətbiq etməklə bağlı fərman imzalayıb. Sanksiyalar bu gündən etibarən qüvvəyə minib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi