Ramiz Mehdiyev Patruşevlə XƏZƏRİN statusunu MÜZAKİRƏ EDİB

Xəbər verdiyimiz kimi, 21 noyabrda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.
AzerTaym xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirliklərinin və idarələrinin qarşılıqlı fəaliyyət perspektivləri, terrorizmə qarşı mübarizə məsələləri, həmçinin Xəzər dənizinin hüquqi statusu mövzusu müzakirə edilib.
Xatırladaq ki, Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib. İclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təmsil edib.






Fikirlər