QƏRBDƏN RUSİYANIN “pul kəmərinə” CİDDİ ZƏRBƏ

Avropa Parlamenti üzv ölkələrin ərazisində Ukraynadan yan keçən “Şimal axını-2" qaz kəmərinin çəkilişini dayandırmaq barədə qətnamə qəbul etdi

Qərblə, xüsusən də ABŞ-la kəskinləşən münasibətlər səbəbindən Rusiyanın Avropaya təbii qaz nəqli getdikcə çətinləşir. Bu məsələ, xüsusən də “Şimal axını-2" layihəsi ilə bağlı özünü daha qabarıq formada büruzə verir. Avropa Parlamentinin üzv ölkələrin ərazisində Ukraynadan yan keçən ”Şimal axını -2" qaz kəmərinin çəkilişini dayandırmaq barədə srağagün qəbul edilən qətnaməsi də buna sübutdur.

Qeyd edək ki, qərar Ukraynaya dəstək üçün Strasburqda keçirilmiş sessiyada qəbul olunub. İclasda “Şimal axını-2" Rusiyanın siyasi layihəsi adlandırılıb. Sənəddə deyilir ki, Ukrayna Avropanın enerji təminatı üçün ”açar rol" oynayır: “”Şimal axını-2" layihəsi Avropanın təhlükəsizliyinə və enerji mənbələrinin diversifikasiyası üçün təhdid yaradır. Avropa Parlamenti bu layihənin ləğv edilməsini tələb edir" - deyə, qətnamədə bildirilir. Qətnamənin lehinə 433 deputat, əleyhinə 105 deputat səs verib.

“Şimal axını-2" ile ilgili görsel sonucu

Qeyd edək ki, Rusiyanın dəstək verdiyi bu layihə rus qazını Baltik dənizi vasitəsilə Almaniyaya nəql etməyi nəzərdə tutur.  1220 kilometr uzunluğundakı “Şimal axını 2" qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq.  Bu layihəyə Almaniya və İsveç dəstək verib. Ötən ilin noyabrında Danimarka parlamenti ”Şimal axını 2" boru kəmərinin ölkənin su sərhədlərindən keçməsini müzakirə edib. Parlament “Şimal axını 2" boru kəmərinin Baltik dənizindən keçməsinin qarşısını almaq üçün qanun layihəsi qəbul edib. Bu qanunla Danimarka ”Şimal axını 2" boru kəmərinin ölkənin su sərhədlərindən keçməsinə qarşı çıxıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Bu layihəyə qarşı ən sərt mövqe bildirən ABŞ-dır. Ağ Ev hesab edir ki,  bu boru kəməri Avropanın Rusiyadan energetika asılılığını dərinləşdirəcək. Dövlət Departamenti  “Şimal axını-2" layihəsində işləyən şirkətlərə ABŞ tərəfindən sanksiyaların tətbiq edilməsini də mümkün sayıb.

Almaniyada da bu layihəyə  münasibət birmənalı deyil. Angela Merkel bu ilin  aprelində Ukrayna prezidenti  Pyotr Poroşenko ilə görüşdən sonra ilginc bəyanat vermişdi. AFR kansleri deyib ki, “belə olmamalıdır, ”Şimal axını-2" üzündən Ukrayna qaz tranziti baxımından heç bir əhəmiyyət kəsb etməyəcək. Ukrayna tranzitinin gələcək rolu bizə aydın olmayınca, bizim nöqteyi-nəzərimizdən, bu layihə mümkün olmayacaq".

Ä°lgili resim

Almaniya parlamentinin Xarici Siyasət Komitəsinin sədri Norbert Ryotgen  bu yaxınlarda deyib ki,  kəmər geosiyasi nəticələr baxımından neqativ risklər yaradır: "Hökumətin “Şimal axını 2" ilə bağlı təcili münasibətini dəyişməlidi”.

Rusiya tərəfi isə dəfələrlə bildirib ki, müəyyən olunmuş həcmdə Ukrayna ərazisindən qaz tranzitinin saxlanılmasına qarşı deyil.  NATO-nun sabiq baş katibi Anders Rasmussen “Bild” nəşrinə verdiyi geniş müsahibəsində “Şimal axını - 2" layihəsini birbaşa ”Putinin silahı" adlandırıb.  Rasmussen bildirib ki, bu layihədə Kremlə “dəm tutan” Almaniyanın sosial-demokratları çox “sədəlövh davranırlar”.

“Almaniya qonşu ölkələrə böyük ziyan vuraraq bu tələyə könüllü şəkildə düşür”, - deyə, Rasmussen qeyd edib. “Putinin flaqman layihəsinin məqsədi Avropanın rus qazından asılılığını artırmaq və Ukraynanı tranzit ödəmələrindən məhrum etməkdir. Halbuki ölkənin dəyişikliklər həyata keçirməsi üçün bu ödəmələrə ehtiyacı var. Dəyişikliklərin həyata keçirilməsinə Ukraynanı təşviq edən tərəflərdən biri də məhz Almaniyadır”. NATO-nun sabiq baş katibinin sözlərinə görə, əgər bu gün Rusiya Avropa qaz bazarının 34%-ni əhatə edirsə, “Şimal axını - 2" layihəsi işə düşdükdən sonra bu göstərici 40%-ə kimi artacaq. Eyni zamanda AB-nin enerji konsepsiyaları və planları bazarda inhisarçılığı azaltmaq üçün milyardlıq investisiyalar nəzərdə tutub. Beləliklə, Almaniyanın layihənin reallaşdırılması ilə bağlı tutduğu mövqe nəinki ölkənin Ukraynanın dəstəklənməsi üzrə xarici siyasət cəhdlərinə, həmçinin AB-nin Almaniya hökuməti ilə birgə hazırlanmış daxili siyasət prioritetlərinə ziddir. ”Almaniya de-fakto AB-nin lideridir. Bunu istəsə də, istəməsə də. Məsuliyyətli liderlik isə başqaları üçün nümunə olmaq deməkdir. Əgər Almaniya kommersiya maraqlarının qonşu ölkələrin həmrəy maraqlarından daha vacib olduğunu nümayiş etdirsə, onda bir gün başqa ölkələr də eyni cür hərəkət etsə, Berlin təəccüblənməməlidir", - deyə Rasmussen bildirib.

“Şimal axını-2" ile ilgili görsel sonucu

Qəbul edilən qətnaməyə Rusiyadan ilk reaksiyanı Federasiya Şurasının üzvü Aleksey Puşkov verib. O, bu qətnamənin ABŞ-ın Almaniyaya qarşı təzyiqlərinin nəticəsi olduğunu bildirib.






Fikirlər