Madurodan Türkiyə, Rusiya və Çinə TƏŞƏKKÜR...

"Verdikləri sağlam dəstəyə görə minnətdarlıq edirəm".

 

Venesuela prezidenti Nikolas Maduro baş verən dövlət çevrilişinə cəhd qarşısında onu dəstəkləyənlərə təşəkkür edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Maduro bu haqda sosial mediada açıqlama yayıb.

O, açıqlamasında əsasən Rusiya, Çin və Türkiyənin adını çəkib.

“Rusiya, Çin və Türkiyə ilə yanaşı digər dövlətlərə, dünya xalqlarına Venesuelanın qanuni qurulmuş hökumətinə verdikləri sağlam dəstək açıqlamalarına görə minnətdarlıq edirəm. Hamıya təşəkkürlər”.






Fikirlər