MERİYA mitinqin keçirilməsinə icazə VERMƏDİ...
Qarabağ Komitəsinin 16 fevrala “Qarabağa azadlıq” şüarı ilə təyin etdiyi mitinqə icazə verilməyib. "AzerTaym.az" bildirir ki,Unikal.org-un əldə etdiyi məlumata görə, komitənin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciət məqsədəuyğun hesab olunmayıb.Ona görə də bu “Qarabağa azadlıq” şüarı ilə nəzərdə tutulan mitinqə rədd cavabı verilib.Meriyadan QK-nın dönəm sədri, Ümid Partiyasının sədr müavini Taleh Əliyevə yazılı olaraq rəsmi rədd cavabı verilib.